İran nümayəndə heyəti İstanbuldakı İƏT sammitinin yekun iclasına etiraz və tərk edib
İran prezidenti Həsən Ruhani və XİN başçısı Məhəmməd Cavad Zərif İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitinin yekun iclasında zirvə bəyannaməsində İran və Hizbullah əleyhinə maddələrin olmasına etiraz əlaməti olaraq tərk edib. Maide.az xəbər verir ki,Səudiyyə Ərəbistanın lobbiçiliyi ilə İstanbul zirvə bəyannaməsində İran və Hizbullah əleyhinə bir neçə maddə yerləşdirilib. İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi demişdi ki, İƏT -ə üzv ölkələrin dövlət başçılarının zirvə bəyannaməsində İran və Hizbullaha zidd bir neçə maddə yerləşdirilib ki, İƏT İrana qarşı tutduğu bu mövqeyə görə peşiman olacaq. Qeyd edək ki, Səudiyyənin təzyiqi və təşviqi ilə İƏT-in İstanbulda keçirilən 13-cü sammitinin bəyannamə layihəsində İrana qarşı 4 Hizbullaha qarşı 1 bənd yer alıb. İran prezidenti və XİN rəhbəri buna görə İƏT-in 13-cü sammitinin yekun iclasında iştirak etməyiblər. Səudiyyə Ərəbistanı maliyyələşdirdiyi Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası və İslam Əməkdaşlıq Təşkilatında Hizbullaha qarşı qərarlar qəbul etsə də BMT Təhlükəsizlik Şurasında bu istiqamətdə atdığı cəhdləri baş tutmayıb.