Maide.az

İranın iki universiteti dünyanın ən yaxşı universitetləri sırasında

İranın Şərif Texniki Universiteti ilə Tehran Universiteti dünyanın ən yaxşı universitetləri arasında daxil olub. Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, mərkəzi Böyük Britaniyada yerləşən Quacquarelli Symonds (QS) təşkilatı 2018-ci il üçün dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb. QS-in etdiyi qiymətləndirmədə İranın Şərif Texniki Universiteti 471-480 və Tehran Universiteti də 601-650 balla dünyanın ən yaxşı universitetlərinin siyahısında yer alıb. QS təşkilatının dünyanın ən yaxşı universitetləri siyahısında ABŞ-ın Massaçusets Texnoloji İnstitutu siyahının birinci pilləsində qərar tutub. Bu siyahıda Türkiyədən də 11 universitet ən yaxşı universitetlər siyahısında yer alıb.