Maide.az

İranın Azərbaycandakı səfiri Ali Lider Ayətullah Xameneinin Təbrizdəki nümayəndəsi ilə görüşüb

Iranın Azərbaycandakı səfiri Möhsin Pakayin ötən gün Ali Lider Ayətullah Xameneinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi və Təbrizin imam cüməsi Ayətullah Muhsen Muctəhed Şəbestəri ilə görüşüb.  Maide.az  xəbər verir ki, görüşdə Ayətullah Şəbestəri İran və Azərbaycan arasındakı əlaqələrin yaxşı səviyyədə olduğundan danışıb  və iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişafının zəruriliyini vurğulayıb. “İran və Azərbaycan arasındakı yaxşı əlaqələr iki ölkə arasındakı mədəni əlaqələrin daha da inkişafı üçün zəmin yarada bilər”.  Ayətullah Şəbestəri  nüfuzlu din xadimi, mərcəyi-təqlid müctəhidi olan Ayətullah Şeyx Hüseyn Nuri Həmadaninin Azərbaycana səfərini iki ölkənin əlaqlərində yeni səhifə açdığını bildirib.  Səfir M.Pakayin də  öz növbəsində Azərbaycan və İran arasındakı əlaqələrin son bir il ərzində çox inkişaf etdiyini bildirib. M.Pakayin Ayətullah Həmədaninin Azərbaycan xalqı tərəfindən çox isti qarşılandığını və Ayətullah Həmədaninin Azərbaycana səfərinin çoxlu xeyirlərinin olduğunu bildirib. /