Maide.az

İranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımına həsr olunmuş tədbir keçirəcək

Maide.az xəbər verir ki, Xocalı soyqırımının 23-cü il dönümündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi də tədbir keçirəcək.    Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 25-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzinə məxsus “Şəhriyar” mədniyyət evində  Azərbaycan xalqı və dövləti ilə həmdərdlik nümayiş etdirərək Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş mərasim keçiriləcək. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş teatr və müxtəlif proqramlar nümayiş ediləcək.  Anım mərasimində iki ölkənin rəsmi şəxsləri iştirak edəcəklər.