İran müdafiə naziri Rusiyaya səfər edəcək
İranın müdafiə naziri general-mayor Əmir Hatəmi Rusiya müdafiə naziri Sergey Şoygunun dəvəti ilə Moskvaya səfər edəcək. Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Ə.Hatəmi aprel ayının 18-19-da Moskvada keçiriləcək 7-ci Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək. Ə.Hatəminin konfransda çıxış edəcəyi gözlənilir. Moskva səfəri zamanı İranın müdafiə naziri Rusiyalı həmkarı ilə beynəlxalq və regional inkişaf və ikitərəfli münasibətləri müzakirə edəcək.