Maide.az

İran məşhur Fransız-İtalyan şirkəti ilə 1 milyard avro dəyərində müqavilə imzaladı

İran və ATR aviasiya şirkəti arasında 1 milyard avro dəyərində müqavilə imzalanıb.  Maide.az xəbər verir ki, müqaviləyə əsasən İran bu şirkətdən 40 ədəd  ATR 72-600 tipli sərnişin təyyarəsi alacaq. Artıq İran həmin təyyarələrdən 20-nin sifarişini verib.  ATR 72-600 təyyarəsi Fransız-İtalyan şirkəti olan ATR tərəfindən istehsal olunmuş cüt turbo-pəvanəli regional təyyarədir. 68-78 sərnişin oturma yeri olan təyyarə tək sinif konfiqurasiyasına malikdir./