İranla bağlı daşıqlarda silah embarqosuna dair məsələ həllini tapmayıb
İran və “altılıq” ölkələri silah embarqosuna dair məsələdə razılığa gələ bilməyiblər. Bu barədə “TASS” məlumat yayıb. “Keçirilmiş görüşlərin yekunlarına dair deyə bilərəm ki, orada bu məsələ ilə bağlı hələ ki qarşılıqlı anlaşmaya nail olunmayıb”, deyə qərb nümayəndə heyətindəki mənbə bildirib. Bundan əvvəl danışıqlarda həlledici məqamın çatdığı barədə məlumat yayılmışdı.