Maide.az

İran kosmosa insan göndərir

İran İslam Respublikası kosmosa insan göndərir. İİR kosmik idarəsinin sədri Həmid Fazeli bildirib ki, göyərtəsində insan olan kosmik aparatın 3 və ya 4 il ərzində göndərilməsi nəzərdə tutulur.   Xatırladaq ki, daha öncə layihənin hazırlıq hissəsi həyata keçirilib. 2013-cü ilin yanvar və dekabr aylarında İİR göyərtəsində meymunlar olan biokapsullu raket daşıyıcısını orbitə çıxaırıb. Heyvanlar üçün səyahət uğurla başa çatıb.   Qeyd edək ki, Tehran 2015-ci ilin 20 mart tarixinə kimi, meymunlu biokapsulun növbəti orbitə çıxışını həyata keiçimək niyyətindədir.