Maide.az

İran ilin sonunadək yeni raketlərin istehsalına başlayacaq

“İran ilin sonunadək yeni “yer-hava” tipli raketlərin istehsalına başlayacaq”.   APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xatəmul-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandiri Fərzad İsmaili deyib.   O deyib ki, raketlər yerli mütəxəssislər tərəfindən hazırlanıb.   “İranın hava sərhədini heç bir təyyarə poza bilməz. Silahlı qüvvələrimiz ayıqdır. ABŞ hərbçilərinin Fars körfəzində saxlanılması buna sübutdur”, - deyə o vurğulayıb.