Maide.az

İran hərbi təlimdə yeni raketi sınaqdan keçirib

Təlimlərin məqsədi quru qoşunlarının döyüş hazırlığını yüksəltməkdir   İran ordusu hərbi təlim zamanı “Tufan” adlı yeni tip raketi sınaqdan keçirib.   “Report” Tasnim-ə istinadən xəbər verir ki, yeni raketi İran mühəndisləri hazırlayıb.   İnformasiyaya görə, ölkənin cənub-şərqində quru qoşunlarının “Məhəmməd Rəsulallah-4” adı altında təlimləri keçirilir. Hərbi Hava Qüvvələrinin və “Hatəm ül-Ənbiya” hava hücumundan müdafiə bazasının dəstəyi ilə keçirilən təlimlər 220 kv. km. ərazini əhatə edir. Təlimlərin məqsədi quru qoşunlarının döyüş hazırlığını yüksəltməkdir.   Qeyd edək ki, təlim dekabrlın 11-də başlayıb və 13-də başa çatacaq. /