Maide.az

İran dünyanın ən böyük elmi hadisəsinə ev sahibliyi edir

İranda 29-cu beynəlxalq kompüter olimpiadası keçiriləcək.     Maide.Az FHA-a istinadən xəbər verir ki, bunu İranın Beynəlxalq Kompüter olimpiadasının sözçüsü Həmidrza Əzəməti deyib.    Beynəlxalq kompüter olimpiadası ilə bağlı keçirdiyi mətbuat konfransında H.Əzəməti deyib ki, olimpiyada iyul ayının 27-dən avqust ayının 4-dək bir həftə müddətində Tehranda keçiriləcək.    H.Əzəməti olimpiadada dünyanın 85 ölkəsindən kompüter sahəsində ən bacarıqlı və təcrübəli 320 seçmə yarışçı iştirak edəcək.    Qeyd edək ki, İran 2013-ci ildə bu olimpiadaya ev sahibliyi etməyi təklif edib və olimpiadanın 2017-ci ildə bu ölkədə keçirilməsi qəbul olunub. /