Maide.az

İranda zəlzələ: 5.9 bal

İranda nisbətən güclü zəlzələ baş verib.    Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, 5.9 bal gücündəki yeraltı təkanlar Buşəhr əyalətinin Kaki şəhərində baş verib.    Yerli vaxtla səhər saat 11.04-də baş vermiş zəlzələ yerin 18 km dərinliyində qeydə alınıb.    Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.