Maide.az

İranda zəlzələ baş verib

 Bu gün səhər Tehran əyalətinin şərqində Dəmavənd şəhərində zəlzələ baş verib. Zəlzələ 4,3 bal gücündə olub və yerin 8 kilomert dərinliyində qeyd alınıb Maide.az-ın  İSNA xəbər agentliyinə istinadən məlumatına əsasən,  Tehran Universitetinin Geofizika institutu zəlzələnin yerli vaxtla saat 04:15-də baş verdiyini bildirib. Yeraltı  təkanlar əhali arasında qorxuya səbəb olub.   Qeyd edək ki, hələlik dağıntı və tələfat barədə məlumat verilməyib. /