Maide.az

İranda yaralanmış Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar

İranda yol-nəqliyyat hadisəsi nəticəsində yaralanmış 3 Azərbaycan vətəndaşı ölkəyə qayıdıb. Bunu bu gün Trend-ə Germi Şəhər Təcili Tibbi Yardım Xidmətindən bildiriblər.   Mərkəzdən bildiriblər ki, qəza cümə axşamı Ərdəbil əyalətinin Germi-Ərdəbil magistral yolunda baş verib. Qəzada 3 Azərbaycan vətəndaşı xəsarət alıb. Təcili Yardım Xidməti xəsarət almış şəxslərin kimliyini açıqlamayıb.   Qeyd edək ki, hadisə zamanı avtomobilin iranlı sürücüsü ağır xəsarət alıb və hazırda xəstəxanda müalicə olunur.