Maide.az

İranda Xocalı soyqırımına həsr olunan sərgi keçirilir

İranda bir neçə yerli təşkilatın dəstəyi ilə fevral ayının 23-dən etibarən paytaxt Tehran şəhərində Xocalı soyqırımının anımı və bu faciənin dünyaya çatdırılması məqsədilə rəsm sərgisi keçirilir. Sərgi 5 gün müddətində davam edərək, fevral ayının 27-də başa çatacaq.   Əsas təşkilatçılardan olan Dr. Muhəmmədəli Momini sərgi ilə bağlı, "Bir neçə QHT-nin dəstəyi ilə baş tutan bu sərgi dərdli Xocalı faciəsinin ildönümünə həsr edilir. Sərgini təşkil etməklə Azərbaycanın qeyrətli, şərəfli xalqı ilə həmdərdliyimizi nümayiş etdirməyi özümüzə borc bildik", - deyə qeyd edib. /eastnews.org/