İranda terror qruplaşma üzvləri ilə polis arasında atışma olub, terrorçular öldürülüb
İranın Xuzestan əyalətində terror qruplaşması ilə polis arasında atışma baş verib. Maide.az xəbər verir ki, İran televiziyasının rəsmi xəbər saytı məlumat yayıb ki, ölkə daxilində əməliyyat etməyə hazırlaşan terror qruplaşma üzvləri məhv edilib. Məlumata görə, ötən axşam Xuzestan əyalətində terror qruplaşma üzvləri ilə polis arasında atışma baş verib və qruplaşma üzvlərinin hamısı məhv edilib. Məlumatda terror qruplaşma üzvlərinin neçə nəfər olduğu və hansı terror təşkilatının üzvləri olduğu bildirilmir. /