Maide.az

İranda terror hücumu: 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah)  bazasına terror hücumu olub.   Maide.Az “İSNA”a istinadla xəbər verir ki, bunu Nikşəhr şəhərinin prokroru Möhsin Gülməhəmmədi deyib.    O bildiri ki,  iki nəfər bazanın divarından  içəri keçib və atəş açıb. “1 nəfər şəhid olub, 5 nəfər yaralanıb.    Yaralılar xəstəxanaya çatdırılıb.      Bəzi xəbər saytlarının məlumatına görə, "Ceyş-ül-Zülm" terror qruplaşması bazaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb.   Aktı törədən şəxslərin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.