Maide.az

İranda Tehrana uçmaq istəyən təyyarədə yanğın baş verib

İranın Əhvaz şəhər hava limanından Tehrana uçan sərnişin təyyarəsində uçuşa qalxarkən yanğın baş verib.    Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, ATA hava yollarına məxsus təyyarə Əhvaz hava limanına geri dönüb.  Yanğınsöndürənlər yanğını söndürüb.    Hadisə nəticəsində təyyarəyə ziyan dəyib. Xəsarət alan olmadığı bildirilir.