İranda Silahlı Qüvvələrinin yaranması günü münasibətilə ‘Xidmət Paradı’ keçirilir
Bu gün İranda Silahlı Qüvvələrinin yaranması günü münasibətilə “Xidmət Paradı” keçirilir. Maide.Az xəbər verir ki, 1979-cu ildən bəri hər il Ordu günü münasibətilə ölkə ərazisində parad keçirilib. Bu il isə Ordu Günü paradının əvəzinə koronavirus epidemiayasına görə “Vətən müdafiəçiləri və Sağlamlıq köməkçiləri” devizi ilə “Xidmət Paradı” keçirilir. Belə ki, bu gün səhər təşkil olunan paradda ekologiyanın çirklənməsi ilə mübarizə qurğuları, səyyar xəstəxana avadanlıqları, koronavirusla mübarizədə Silahlı Qüvvələrin ölkə xalqına etdiyi yardımlar nümayiş olunur. Xidmət Paradı ölkənin 24 əyalətində təşkil olunur. Paradda iştirak edən qüvvələr ölkənin küçələrinin dezinfeksiyası və əhaliya yardım üçün müxtəlif bölgələrə ezam olunacaqlar.