İranda Sepah və terrorçular arasınad atışma baş verib
İranın Mehabad şəhəri yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpus Qüvvələri (Sepah) ilə terrorçular arasında atışma baş verib. Maide.Az xəbər verir ki, Sepah qüvvələri və terrorçular arasında atışma ötən gün günün ikinci yarısında Mehabad şəhərinin Bənguvin kəndi ətrafında başlayıb və bu gün də davam edir. Hələlik bu atışmadakı itgilər və xəsarət alanlarla bağlı məlumat verilməyib. Qeyd edək ki, ötən həftə Sepah və terrorçular arasında Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə bölgəsində baş verən atışmada 12 terrorçu məhv edilib. Bir neçə Sepah üzvi də yaralnmışdı.