İranda sel və tufan nəticəsində ölənlərin sayı artıb
İranın Amol şəhəri, Ağlor və Kəlalə kəndlərində yağan güclü yağış və baş verən daşqın nəticəsində azı 4 nəfər ölüb. Bunu İranın Qırmızı aypara cəmiyyətinin imdad və nicat təşkilatının sədri Nasir Çərxsaz deyib. Maide.Az xəbər verir ki, N.Çərxsaz deyib ki, Amol, Qaimşəhr və Azadşəhr şəhərlərində ildırım 3 nəfəri vurub. Onun sözlərinə görə, ümumilikdə 6341 nəfərə yardım göstərilib. Ötən 24 saat ərzində sel və daşqınlar İranın Mazandaran, Gülüstan, Simnan, Ərdəbil və Şərqi Azərbaycan əyalətlərində 21 şəhərə müxtəlif dərəcəli ziyanlar vurub.