Maide.az

İranda `S-300` zenit-raket kompleksi sınaqdan keçirilib

İranda "S-300" zenit-raket kompleksi sınaqdan keçirilib.   APA-nın Tehran bürosunun məlumatına görə, sınaq “Dəmavənd” təlimləri zamanı baş tutub.   Təlimlərdə İranın yüksək çinli zabitləri və rəsmiləri iştirak edib.    “Dəmavənd” təlimi “S-300” zenit-raket kompleksinin Pilotsuz Uçan Aparatları (PUA) və raketləri məhv etmək qabiliyyətini yoxlamaq məqsədi ilə keçirilib.    Sınaqlar uğurla başa çatıb. /