Maide.az

İranda poçt bağlamalarının çatdırılmasında PUA-lardan istifadə olunacaq

İranda uzaq və dağlıq ərazilərə poçt bağlamalarının çatdırılması pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçiriləcək.   APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bildirib.   O deyib ki, dərman vasitələrinin xəstəxanalara sürətli çatdırılmasında da PUA-ların xidmətlərindən istifadə olunacaq.    Nazir qeyd edib ki, dünyanın çox az ölkəsində bu təcrübədən istifadə olunur.