Maide.az

İranda parlament seçkilərinin ikinci turu keçirilir

İranda parlament seçkilərinin ikinci turu başlayıb.   Maide.Az xəbər verir ki, seçki məntəqələrində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 10 saat davam edəcək.Lazım gələrsə, sesvərmə müddəti bir və ya iki saat uzadıla bilər.   Bu gün keçiriləcək seçkilərin nəticələrinə əsasən, 290 deputatdan qalan 11-nin adları müəyyənləşdirilməlidir.