İranda İngiltərəyə casusluqda ittiham olunan şəxs həbs olunub
Ötən həftə İngiltərəyə casusluq edən İran vətəndaşı həbs olunub. Maide.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi jurnalistlərə deyib. A.Cəfəri Dövlətabadi deyib ki, həbs olunan şəxs ikili vətəndaşlığı olan İran vətəndaşıdır və iqtisadi sahədə fəaliyyətlər göstərirdi. A.C.Dövlətabadi həbs olunan şəxs barədə ətraflı məlumat verməyib.