İrandan ABŞ-a xəbərdarlıq: `Sepah` terror təşkilatları siyahısına daxil edilərsə...
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) terror təşkilatları siyahısına daxil ediləcəyi təqdirdə Tehran ABŞ-a qarşı qəti addımlar atacaq. Maide.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İran ABŞ-ın bu cür addım atmaqla strateji səhvə yol verməyəcəyinə ümid edir. “Ümid edirik Amerikanın hakim dairələri bu stratejik və önəmli səhvi etməyəcəklər. Lakin əgər onlar bu işi görmüş olsalar İranın cavabı qəti, ağır və möhkəm olacaq. Amerika gərək atacağı bu addımdan sonra baş verənlərin məsuliyyətini qəbul etsin.” Qeyd edək ki, bir müddət əvvəl Korpusun komandanı Məhəmməd Əli Cəfəri İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ tərəfindən terror təşkilatı adlandırılacağı təqdirdə, İranın da ABŞ hərbçilərinə terrorçu kimi yanaşacığını bəyan ertmişdi.(tasnimnews)