İranda məhbusları daşıyan avtomobilə silahlı hücum edilib- FOTO
Bu gün günorta saatlarında bir neçə silahlı şəxs İranın Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində məhbusları daşıyan avtomobilə silahlı hücum edib. Maide.Az İran mediasına istinadən xəbər verir ki, naməlum silahlı şəxslər polisin əlindən məhbusları qaçırmağa çalışıblar. Atışma baş verib, polis və silahlı şəxslər arasında baş verən atışmada bir polis yaralanıb. Silahlı şəxslər müqavimət göstərə bilməyib qaçıblar.