Maide.az

İrandakı zəlzələ Culfa və Ordubadda da hiss edilib

Yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 103km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Maide.Az bildirir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət MərkəzindənTrend-ə verilən məlumata görə, zəlzələnin maqnitudası 4,5, dərinliyi 10 kilometr olub. Zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss olunub.