İranda hərbi təlim keçirilir
İranın İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Quru Qoşunları bu gün ölkənin cənub şərqində “Peyğəmbər Əzəm (s)” adlı hərbi təlimlərə başlayıb. Maide.az Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, bu təlimlər üç gün müddətinə ölkənin Sistan və Bəluçistan, Kirman, Xorasan Cənub və Hörmüzqan əyalətlərinin ərazisində keçiriləcək. Təlimlərdə əsasən Sepahın Qüds Qərargah qüvvələri iştirak edir. Təlimlərdən məqsəd ordunun gücünün artırılması və təhlükəsizliyin təmini məqsədi ilə hazırlıq vəziyyətinin yaxşılaşdırılmasıdır. /