Maide.az

İranda güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:43-də yayılıb)   İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb.   Maide.Az xəbər verir ki, onlardan bəzilərinə yerindəcə tibbi yardım göstərilib.   Məlumatlara görə, infrastruktur və elektrik təsərrüfatına ciddi maddi ziyan dəyib.   ***   İranın Kohgiluyə və Boyer-Əhməd əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.   Maide.Az  “tasnimnews” a istinadən xəbər verir ki, yerli vaxtla saat 08:38-də qeydə alınan yeraltı təkanların episentri İranın Yasuc və Dena şəhərinin Sisəxt bögləsi olub.    Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.   Zəlzələ nəticəsində  Yasuc şəhərində elektrik enerjisi kəsilib.