Maide.az

İranda beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir

Bu gün İranın bütün şəhərlərində beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir.   Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki,  mitinq paytxat Tehranda ABŞ-ın keçmiş səfirliyinin binası qarşısından başlayıb.     “İmperializmə qarşı mübarizə və İslami müqavimət, ABŞ-ın tənəzzülə uğramasının başlanğıcı” şüarı ilə keçirilən  mitinq paytaxt Tehranla yanaşı ölkənin 1000-dən çox şəhər və qəsəbəsində  keçirilir.   Mitinqlərdə minlərlə tələbə, şagird və əhali qatılıb.     Yerli vaxtla saat  9.30-da başlayan mitinqlər  saat 11:30-də kdavam edəcək.    Mitinqləri İran və digər ölkələrdən bu ölkəyə səfər etmiş 2500-dən çox  jurnalist, fotoqraf və  operator  işıqlandıracaq.