İranda baş vermiş təyyarə qəzasında 7 nəfər ölüb, 1 nəfər yaralanıb
İranda baş vermiş təyyarə qəzasında 7 nəfər ölüb. Maide.Az “İSNA”a isitnadən xəbər verir ki, Qırğızstanın Bişkek şəhərindən Tehrana uçan “Boinq 707” tipli yük təyyarəsi bu gün səhər Əlborz əyalətində qəzaya uğrayıb. Yaşayış binalarının üzərinə düşən təyyarədə 16 nəfər heyət üzvü olub, onlardan 7 nəfər həlak olub, 1 nəfər xilas olunub. “Ət” məhsullarını Tehrana daşıyan yük təyyarəsinin digər heyət üzvlərinin axtarışı davam etdirilir.