İranda 7 xarici vətəndaşı girov götürən 5 nəfər həbs olunub
İranın Kərəc şəhərində Əfqanıstandan olan 7 yeniyetməni girov götürərək Fərdis bağlarından birində saxlayan 5 Əfqanıstan vətəndaşı polis tərəfindən həbs olunub. Maide.az xəbər verir ki, həbs olunan 5 Əfqanıstan vətəndaşı girov götürdükləri həmyerlilərinin ailəsindən pul tələb edib və həmin yeniyetmələrə müxtəlif işkəncələr veriblər. Polisin hücumu nəticəsində girovlar azad olunub və girov götürən 5 Əfqanıstan vətəndaşı isə həbs olunub. Məlum olub ki, girov götürülən 7 yeniyetmə Əfqanıstandan iş adı ilə aldadılaraq Tehrana gətirilib. Yeniyetmələrə işgəncə verilib və onların Əfqanıstandakı ailələrindən 2000-2500 dollar məbləğində pul tələb olunub. Faktla bağlı cinayət işi açılıb və araşdırılır./