İranda 3 terror qruplaşması zərərsizləşdirilib
Son günlər Xuzestan əyalətində 3 terror qruplaşmasının 15 üzvi həbs olunub. Maide.Az İran mətbuatına istinadla xəbər verir ki, bunu İranın təhlükəsizlik naziri Mahmud Ələvi bu gün Şələmçə sərhəd-keçid mətnəqəsinə baxış keçirərkən jurnalistlərə açıqlamasında deyib. Zəvvarların təhlükəsizliyinin təmini üçün bütün güc truktrularının hazırlıq vəziyyətində çalışdığını deyən M.Ələvi bildirib ki, həbs olunmuş terror qruplaşma üzvləri Ərbəin zəvvarlarına qarşı terror hücumları təşkil etmək niyyətində olublar. “ABŞ, sionistlər və Ali Səudun İrana qarşı təxtibatlar aparmaq üçün bütün səylərə baxmayaraq Allahın yardımı ölkədə sabitliyi pozmaq üçün 100 terror hücumu cəhdindən 99 –nu zərərsizləşdirə bilmişik və bu dünyada misilsiz bir addımdır. Fransa kimi ölkələrdə hər 10 terror hücumu cəhdindən 5 və ya 6-n zərərsizləşdirə bilirlər.”