Maide.az

İranda 27 hərbçinin ölümünə səbəb olan terroru iki pakistan vətəndaşlı törədib

27 hərbçinin ölümünə səbəb olan Zahidan terrorunun həyata keçirəni Hafiz Məhəmməd-Əli adlı Pakistan vətəndaşıdır.”   Maide.Az "tasnimnews"-a istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Korpusunun (Sepah) Quru Qoşunları Qüvvələrinin komandanı Məhəmməd Pakpur məlumat verib.    O bildirib ki, onlar partlayışı təşkil edənlərdən daha ikisini tutublar ki, onlar Sistan-Bəluçistan əyalətindəndirlər. Partlayışda əli olan daha bir Pakistan vətəndaşı isə axtarışdadır.   Qeyd edək ki, Sepah ötən gün Zahidan terroru ilə bağlı Səravan bölgəsində əməliyyat keçirdiyini, 3 nəfəri və onların nəzarətində olan 150 kq partlayıcını ələ keçirdiyini bildirib.   Eyni zamanda Sepah mənbələri Pakistan tərəfinin də bir əməliyyata başladığını deyib.   Xatırladaq ki, ötən həftə Zahidan-Xaş yolunda törədilən qanlı terror aktını gizli sığınacaqları Pakistanda yerləşən "Ceyşul-Ədl" üzərinə götürüb.