Maide.az

İranda 26 ölkənin iştirakı ilə beynəlxalq İmam Səccad (ə) konqresi keçirilir

İran İslam Respublikasında Həzrət İmam Səccadın  (ə) adına beynəlxalq konqres öz işinə başlayıb.   Maide.Az İQNA-a istinadla xəbər verir ki, konqresdə İran İslam Respublikası və dünyanın 26 ölkəsindən 100-dən çox tanınmış dini, siyasi, ictimai və mədəni şəxsiyyət, elm adamları və mütəfəkkirlər iştirak edir.   Sayca 10-cu olan bu konqres İslam Respublikasının Hormozgan əyalətinin Məscidlərin Mədəniyyət və İncəsənət idarələrinin koordinasiya mərkəzinin təşəbbüsü ilə keçirilir.   Sentyabr ayının 1-də, Hormozgan əyalətinin "Bəndər Abbas" şəhərində konqresin açılış mərasimi keçirilib.   Vebinar və seminar formatında keçiriləcək bu koqnresdə 100-dən çox alim və mütəfəkkir çıxış edəcək. Bu çıxışlar "cisadjad.ir" saytından onlayn yayımlanacaq.   Komitə sədri bildirib ki, təkcə İran İslam Respublikasının Hormozgan əyalətində 50 nəfərdən çox Səhifeyi-Səccadiyyə hafizi var.   Konqresin açılış mərasimində  Ayətullah Nuri Həmədaninin mərasim iştirakçılarına mesajı qiraət edilib.      Qeyd edək ki, beynəlxalq İmam Səccad (ə) konqresi Məhərrəm ayın 25-dək davam edəcək.   Yekun mərasim Məhərrəm ayının 25-də Tehranda keçiriləcək.