Maide.az

İran Azərbaycanla turizm əlaqələrini bərpa etmək niyyətindədir

“Rəsmi Tehran iyul ayının sonunda Bakı ilə turizm əlaqələrini bərpa etmək niyyətindədir”.    Maide.Az xəbər verir ki, bunu APA-nın Tehran bürosuna İran Mədəni İrs, Əl işləri sənayesi və Turizm Təşkilatının turizm məsələləri üzrə sədr müavini Vəliyullah Teymuri deyib.   O deyib ki, iyul ayının 20-dən sonra turistlərin gediş-gəlişi mümkün ola bilər: “Ümid edirik ki, həmin tarixdən Azərbaycan və İran arasında turistlərin gediş gəlişini təmin edə biləcəyik”.   O deyib ki, həm Azərbaycan, həm də İran tərəfi səhiyyə protokollarına əməl edərək  sərhədlərin açılmasına razıdır.