İran antibiotik istehsalında yeni texonoligiya əldə edib
İranlı mütəxəssislər dünyada antibiotik istehsalı sahəsində əlverişli imkan və göstəriciyə malik ən yeni texnologiyanı əldə ediblər. Maide.az IRNA-ya istinadən məlumat verir ki, yeni texnologiyanın əldə olunması İrandan beş milyon dollar valyutanın çıxmasının qarşısını alacaq. İranın Sosial Təminat Təşkilatının tabeliyində olan Antibiotik istehsalı Şirkəti ölkə xaricindən texniki bilik və təchizat satın almadan dünyada Betalaktam və Sefalospurin antibiotiklərinin istehsalı üçün ən yeni texnologiya sayılan strateji Amoksisillin məhsulunun anzimatik sənaye istehsalına başlayıb. Məlumata görə, yeni texnologiyanı əldə etməklə təmiz, qarışıqlığa malik olmayan və həlledicilərin qalmadığı antibiotikləri İran dərman bazarına çıxarmaq mümkin olacaq. /