İran ABŞ-ın hərbi bazasına azı 35 raket zərbəsi endirib - VİDEO
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ABŞ-ın İraqdakı "Ayn əl-Əsəd" hərbi-hava bazasına azı 35 raket zərbəsi endiriblər. Maide.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyinə mənbə bildirib. Bildirilir ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib. Sepah elan edib ki, general Qasim Süleymaninin vurulduğu saatda ABŞ bazasına hücumu başladıb və bu hücum şəhid Süleymaninin döyüş yoldaşlarının "ağır qisas"larının ilk mərhələsidir. Qeyd olunur ki, raket zərbələrinin ardınca şəhid Qasim Süleymani torpağa tapşırılıb. Xatırladaq ki, ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbinədki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb. Bir müddət sonra İran qüvvələri ABŞ-ın İraqdakı mövqelərinə yeni zərbələr endiriblər. Zərbələr raketlərlə həyata keçirilib. İran elan edib ki, ABŞ bazası yerləşən istənilən qonşu ölkəkədən İrana hücum olunarsa İran həmin hədəfləri vuracaq. ABŞ Fars Körfəzi, İraq və İran hava məkanından uçuşları dayandırıb. ABŞ Prezidenti Donald Tramp, onun əsas nazirləri və köməkçiləri İranın İraqda Amerika qoşunlarının yerləşdiyi bir sıra hərbi bazalara raket zərbələri endirməsi ilə əlaqədar təcili iclas keçirib, lakin iclasdan sonra açıqlama verməyib və daha sonra açıqlama veriləcəyini qeyd edib. ABŞ hərbçiləri arasında xeyli itki olduğu bildirilir.