İran “Balistik” və “Kruz” raketlərinin gücünü artırmaq üçün yeni zavod açıb
İranda “Balistik” və “Kruz” raketlərinin gücünü artırmaq üçün partlayıcı maddələr istehsal edən zavod açılıb. Maide.az xəbər verir ki, bu zavod partlayıcı maddə olan “Oktagen” və onun birləşmələrini istehsal edəcək. Zavodun açılışında İranın müdafiə naziri Hüseyn Dehqan və digər rəsmi şəxslər iştirak edib. Zavodun üstünlüklərini sayan H. Dehqan deyib ki, “Oktagen” partlayıcı maddənin davamlılığı, işlətmə asanlığı və xərcinin az olması zavodun üstünlüklərindəndir. “Biz minimum xammalla daha çox dağıdıcılıq və partlayış gücünə malik, dəqiq vurma qabiliyyətli silahlara sahib olmağı özümüzə strateji hədəf seçmişik. Düşmən İran xalqına qarşı sanksiyalar tətbiq etmək və təzyiqlərlə bu xalqın inkişafının qarşısını almağa çalışır”. Qeyd edək ki, “Oktagen” adlı maddə müxtəlif növ raketlərin gücünü artırır. Oktagen stratejik bir məhsuldur və müxtəlif növ balistik, kruz raketlərində, hərbi hava müdafiəsi raketlərində və müxtəlif növ zirehli texnikalar əleyhinə olan silahlarda istifadə olunur. Bu maddə həmin növ raketlərin təsir gücünü və davamlılığını artırır.