İran-Rusiya-İraq-Suriya dördtərəfli iclası keçirilib
İran-Rusiya-İraq-Suriya dördtərəfli dövri kəşfiyyat iclası ötən gün Bağdadda keçirilib. Maide.Az "iribnews"-a istinadən xəbər verir ki, İraqın hərbi kəşfiyyat rəisi general-leytenant Səəd Ələlaqın sədrliyi ilə keçirilən İran-Rusiya-İraq-Suriya dördtərəfli görüşdə terrorizmlə mübarizə, təhlükəsizlik və kəşfiyyat sahələrindəki birgə fəaliyyətlər barədə müzakirələr aparılıb. S.Ələlaq İŞİD ilə mübarizədə dördtərəfli koalisiyanın oynadığı roldan danışıb və bu əməkdaşlığı terrozimin məhvində olduqca təsirli bilib. İran, Rusiya, Suriya və İraq 2015-ci ildə terrorizmlə mübarizə üçün dörtərəfli bir koalisiya təşkil edib. İndiyədək dörd ölkənin dövri iclasları müxtəlif zamanlarda davamlı şəkildə keçirilir. Suriyada böhran 2011, İraqda böhran isə 2014-cü ildə başlanıb. Suriya və İraq orduları son zamanlar İranın məsləhət yardımları və Rusiyanın dəstəyi ilə İŞİD terror qruplaşmasını ölkə ərazisində zərərsizləşdirə bilib.