Maide.az

İran-İraq sərhədində zəlzələ baş verib

İran-İraq sərhədində 4,1 bal gücündə zəlzələ baş verib.   Maide.Az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.   Yerli vaxtla saat 05:43-də qeydə alınan yeraltı təkanların episentri İranın Mehran şəhərindən 19 km cənub-qərbdə, ocağı 2 km dərinlikdə yerləşib.   Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.   Xatırladaq ki, 2017-ci il, noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 500-dək insan həyatını itirib, 12 minə yaxını xəsarət alıb.