İran: Hacıların təhlükəsizliyi təmin olunmazsa bu il həccə qatılmayacağıq
Hacıların təhlükəsizliyi təmin olunmazsa İran bu il həcc ziyarətinə qatılmayacaq. Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib. Maide.Az xəbər verir ki, H.Cabiri Ənsari deyib ki, Səudiyyə Ərəbistan hacıların təhlükəsizliyini təmin etmədiyi halda bu il İranlı zəvvarlar həcc mərasiminə qatılmayacaq və buna görə Səudiyyə Ərəbistan məsuliyyət daşıyır.