Maide.az

İran: `Həcc məsələsində Səudiyyə ilə nisbi irəliləyiş təmin olunmuşdur`

İranın Həcc və Ziyarətlər Təşkilatının sədri Həmid Mohammadi Səudiyyə rejimi ilə bu il İrandan həccə zəvvar göndərilməsi məsələsində nisbi irəliləyiş əldə olunduğunu söyləyib.   Mohammadi açıqlamasında belə qeyd eidb: "Əgər vurğulanan gözləntilərimizlə bağlı nəticə əldə edilərsə, həcc yolu iranlı zəvvarlara açılacaqdır".   Mohammadi iki ölkə rəsmiləri arasında müxtəlif səviyyələrdə görüşlərin keçirdiyini və bu görüşlərdə məsələlərin başlıqlar şəklində gündəmə gəldiyini bildirib. O, İranın gözləntilərinin aydın və dəqiq olaraq izah edildiyini və müzakirələrdə nisbi irəliləyişin olduğunu vurğulayıb.   Mohammadi Ciddə aeroportunda iki iranlı zəvvar uşağın zərakılıq edən iki polisin vəziyyəti ilə bağlı isə belə danışıb: "Bu məsələ İran xalqının ciddi və haqlı gözləntilərindən biri idi və bundan əvvəl bu məsələ ilə bağlı bəzi şübhələr var idi. Amma bu müzakirələrdə Səudiyyə tərəfi bu iki polisin rəsmən məhkəməyə çıxardı və həbs etdi". (deyerler) /