Maide.az

İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilmə tarixi razılaşdırılır

İran Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 12-ci iclasının keçirilməsinə hazırdır.   Maide.Az bildirir ki, bunu Trend-ə İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian deyib.   Nazir qeyd edib ki, iclasın keçirilməsi üçün bütün lazımi işlər görülüb: “Hazırda İran tərəfi Azərbaycanın iclasın keçirilmə vaxtını dəqiqləşdirməsini gözləyir”.   Qeyd edək ki, bir müddət əvvəl hökumətlərarası komissiyanın iclasının İranın Astara şəhərində keçirilməsi planlaşdırılsa da, daha sonra iclas təxirə salınmışdı.