Maide.az

Ramzan Kadyrov Obama-nın Çeçenistana səfərini qadağan etdi

Çeçenistanın Prezidenti Ramzan Kadyrov ABŞ Prezidenti Barak Obamanın öz ölkəsinə səfərlərinə embarqo qoyub. Çeçenistan prezidenti bununla bağlı verdiyi bəyanatda ABŞ-ı və Avropa İttifaqını “dövlət terrorizmində” ittiham edir. Cənab Obama ilə yanaşı Avropa İttifaqının daha üç liderinin Çeçenistan ərazisinə səfərlərinə qadağan qoyulub. Kadyrov “qara siyahısına” həmçinin Avropa Birliyinin rəhbərləri - José Manuel Barroso, Herbert van Rompuy və Catherine Ashton daxil edilib. Çeçenistan başçısı özünün İnstagram hesabında yazır ki, qadağanlar ABŞ və Aİ-nin Ukrayna, Liviya, Suriya, İraq və Əfqanıstanda həyata keçirdiklləri “dövlət terroru”na cavabdır.azadliq /