Maide.az

Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı

Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi və daha 7 əməkdaşı işdən çıxarılıb.   Avtosfer.az xəbər verir ki, DİN Qaradağ RPİ-nin Dövlət Yol Polisi Şöbəsində araşdırmalar aparıb. Araşdırmalar nəticəsində Qaradağ rayon DYPŞ-də ciddi qanun pozuntularına yol verildiyi, vətəndaşları qarşı əsassız tələblər irəli sürüldüyü və digər hüquqazidd əməllərin üstü açılıb.   Bundan sonra Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Qaradağ rayon DYPŞ-nin rəisi Sabir Hümbətov və onun bir müavini, həmçinin inzibati təcrübə üzrə baş inspektor tutduğu vəzifədən kənarlaşdırılmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilib. Bundan əlavə, həmin şöbənin daha 5 əməkdaşı da "töhmət", "şiddətli töşmət" cəzaları verilməklə işdən çıxarılıblar.