Maide.az

Ramazanın 2-ci gününün duası, imsak və iftar vaxtı (VİDEO)

 Sübh azanı: 03:59 Axşam azanı: 19:58.  اللَّهُمَّ قَرِّبْنِي فِيهِ إِلَى مَرْضَاتِكَ وَ جَنِّبْنِي فِيهِ مِنْ سَخَطِكَ وَ نَقِمَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِقِرَاءَةِ آيَاتِكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ    Oxunuşu: Bismillahir-Rahmanir-Rahim. Əllahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.   Tərcüməsi: İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!   İftar duası: Ərəbcə:  اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي   Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli  Duanın tərcüməsi: İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm.   Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz: 2-ci gün - 4 rukət (Hər rukətdə 1 Həmd, 20 Qədr)