Maide.az

Ramazan ayının əvvəlindən indiyədək Bəhreyndə 13 nəfər həbs edilib

Ali-Xəlifə rejimi qüvvələri mübarək Ramazan ayının əvvəlindən indiyədək bir qrup insanı həbs edib. Maide.az Əl-Aləm kanalına istinadən məlumat verir ki,  Bəhreynin təhlükəsizlik qüvvələri Diraz, Dir, Ali və Diyə məntəqələrində 13 nəfəri o cümlədən bir neçə uşağı həbs edib. Bəhreyn 2011-ci ildən indiyə kimi xalq etirazlarının şahididir. Xalq ölkədə siyasi islahatların aparılmasını, qanun hökumətin formalaşmasını, azad seçkilərin keçirilməsini və etnik-məzhəbi ayrı-seçkiliyə son qoyulmasını istəyir./