Maide.az

Ramazan ayının 8-ci gününün duası (AUDİO)

İmsaq: 04.09 İftar: 21.38 (Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir)   Bismillahir-Rəhmanir-Rəhim. Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təam. Və ifşa əs-səlam və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin.   Tərcüməsi: İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!   İftar duası: Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli   Duanın tərcüməsi: İlahi Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib yalnız Sənə təvəkkül edirəm.   Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 8-ci gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 10 İxlas və namazdan sonra min dəfə "Subhənəllah")